«CORN PROCESSING COMPANY» MMC-NIN MƏHSULLARININ KEYFIYYƏTININ VƏ TƏHLÜKƏSIZLIYININ TƏMIN EDILMƏSI SAHƏSINDƏ
SİYASƏTİ
"CORN PROCESSING COMPANY» şirkəti Azərbaycan bazarında qarğıdalı emalından əldə edilən məhsulların istehsalı üzrə ixtisaslaşan yeganə şirkətdir.
Yüksək keyfiyyətin və təhlükəsizliyin zəmanəti FSSC 22000 tələblərinə cavab verən yeyinti təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi və istismarı ilə əldə edilir:
İdarəetmə sistemin əhatə dairəsi qlükoza, fruktoza və quru nişastanın istehsal dövrlərini tam əhatə etməklə yanaşı məhsulların inkişaf etdirilməsindən başlayaraq xammal qəbulunu və hazır məhsulun istehlakçılara çatdırılmasını əhatə edir.
Şirkət rəhbərliyi təhlükəsiz məhsulların istehsalına tam məsuliyyətlə yanaşaraq aşağıdakı prinsiplərin həyata keçirilməsi öhdəliklərini öz üzərinə götürür.
- Ərzaq təhlükəsizliyində milli qanunvericilik və normativ tələblərə riayət etmək;
- HACCP prinsiplərinin tədbiqi ( "risklərin təhlili və kritik nəzarət nöqtəsi");
- Risklərin minimallaşdırılması və insan sağlamlığına mümkün mənfi təsirlərin önlənməsi;
- Yeyinti məhsullarının hazırlanması iş prosesinin bütün mərhələlərində sanitar-gigiyenik qaydalara maksimum əməl edilməsi;
- YMT MS sistemlərinin tədbiqi, fəaliyyəti və təkmilləşdirilməsi üçün lazım olan resursların təmin edilməsi;
- Məhsulların istehsalında texnoloji prosesin tələblərinə tam əməl edilməsi, istehsalatın bütün sahələrində keyfiyyətə nəzarət və təhlükəsizlik monitorinqlərinin keçirilməsi;
- Personalın səriştəsinin daim təkmilləşdirilməsi;
- Xammal istehsalçıları və təchizatçıları ilə qarşılıqlı faydalı əlaqələrin saxlanılması;
- Şirkətin rəhbərliyi və YMT MS qrup nümayəndələri tərəfindən yeyinti təhlükəsizliyi sisteminin fəaliyyətinin məhsuldarlığının analizinin aparılması;
- İdarəetmə sisteminin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin işlənməsi və qərarların qəbul edilməsi;
- YMT MS və istehsal olunan məhsulun təhlükəsizliyi üzrə məlumat mübadiləsi məsələləri üçün bütün maraqlı tərəflərlə əlaqələrin saxlanması;
- Dövrü olaraq YMT MS sahəsi üzrə siyasətin aktuallığına baxılmaqla.
Keyfiyyət və qida təhlükəsizliyi siyasəti həyata keçiriləcək:
- Zəruri olan kadr və maddi-texniki resursları təmin etməklə.
- Siyasətin hər bir işçiyə çatdılırması ilə Keyfiyyətinin və təhlükəsizliyin tam məsuliyyətlə həyata keçirilməklə.
- YMT MS sahəsində ölçüləbilən məqsədlərə nail olmaqla.