Menu
info@cpccom.az +994 51 206 65 00
HAQQIMIZDA

cpc

Haqqımızda

HAQQIMIZDA

CPC MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir. Müəssisə 2011-ci ildə ən qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilmişdir. Zavoda 2015-ci ilin dekabr ayından yenidən investisiya yatırılaraq fəaliyyəti genişləndirilmişdir. Hal-hazırda istehsal olunan məhsullara nişasta, qlükoza və yan məhsullar daxildir. “CPC” MMC Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir. 1 avqust 2025-ci ildən etibarən “EDEN AGRO” MMC icarə müqaviləsi əsasında “CPC” şirkətinin idarəçiliyini həyata keçirəcəkdir. Bu addım davamlı inkişaf, investisiyaların cəlb olunması və məhsul və xidmətlərimizin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni imkanlar açır. Topladığımız təcrübəni və müasir yanaşmaları birləşdirərək, tərəfdaşlarımız və müştərilərimiz üçün yüksək keyfiyyət və xidmət standartlarını inkişaf etdirməyə davam edirik. “EDEN AGRO” MMC və “CPC” şirkətlərinin əməkdaşlığı texnoloji inkişaf, məhsul çeşidinin genişləndirilməsi və istehsal üçün keyfiyyətli inqrediyentlərlə təminat sahəsində yeni üfüqlər açır.

NİYƏ BİZ?

  • Məhsullarımızın anbarda daimi olaraq mövcudluğu
  • Sadələşdirilmiş Loqistika
  • İstehsal məhsullarının spesifikasiyalara və xüsusi texniki tələblərə görə uyğunlaşdırılması
  • Biz təcrübəliyik və ixracat tarixçəmiz var
  • Ekspert heyət
  • Yerli bazarda böyük paya malik müştəri portfeli