Menu
info@cpccom.az +994 51 206 65 00

CPC MMC-də yeni Qlükoza Fruktoza siropunun istehsalı xətti istifadəyə verilib

2024-09-25

Yeni istehsalına başlanılmış qlükoza fruktoza siropu sərinləşdiri içkilərdə, mürəbbə, qatlaşdırılmış süd, peçenye və digər istehsal sahələrində geniş istifadə edilir.

Qeyd edək ki, qarğdalıdan alınan qlükoza fruktoza siropunun bir çox üstünlükləri var, orqanizm tərəfindən tez əmilir, onların istifadəsi müxtəlif qida məhsullarının və içkilərin kalorili məzmununu 1/3 azaltmağa imkan verir, şəkərin tam əvəzedicisidir, qlobal bazarda GFS öz xüsusiyyətlərinə görə çuğundur və qamış şəkəri ilə rəqabət apara bilir.

2011-ci ildə fəaliyyətə başlayan CPC MMC qarğıdalı emalı və nişasta əsaslı məhsulların istehsalı sahəsində Cənubi Qafqazda yeganə şirkətlərdəndir. Ən son texnologiyalarla təchiz olunmuş müəssisə Turşu qlükoza siropu, qarğıdalı nişastası, fermentativ qlükoza siropu, maltoza və qlükoza fruktoza siropu istehsal etməklə fəaliyyət dairəsini genişləndirilmişdir.

Oğuz rayonunda yerləşən və qarğıdalı emalı üçün çevik, sürətli və səmərəli texnoloji həllər təklif edən peşəkar avadanlıqlara malik zavodun istehsal gücü ildə 30 min tondur.

13 ildir fəaliyyət göstərən müəssisə çörək, şirniyyat və qənnadı məmulatları, sərinləşdirici içkilər, karton və kağız sənayesi, heyvan yetişdirilməsi, ət məhsulları, tekstil və digər sənayedə məhsul istehsalında istifadə ediləcək xammal emalını həyata keçirir.  İstehsal olunan məhsulların böyük qismi Gürcüstan, Türkmənistan, Özbəkistan, Türkiyə kimi ölkələrə ixrac edilməkdədir.

CPC MMC-də yeni Qlükoza Fruktoza siropunun istehsalı xətti istifadəyə verilib